Faleh Əl Fəyyaz: General Süleymaninin yardımlarını unutmayacağıq

Faleh Əl Fəyyaz: General Süleymaninin yardımlarını unutmayacağıq

İraq Həşdiş Şəəbi Təşkilatının sədri general Qasim Süleymaninin İraqa yardımlarının heç vaxt unudulmayacağını vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Faleh Əl Fəyyaz bu gün (14 iyun) deyib: Vəzifəsi hakimiyyətin məqsədlərinin həyata keçməsi və İraq xalqının təhlükəsizliyini qorumaq olan Həşdiş Səəbi təşkilatı general Qasim Süleymaninin bu ölkəyə ərməğan etdiyi yardımlarını unutmayacaq.

Həşdiş Şəəbinin yalnız bir tayfaya deyil, bütün İraq xalqına aid olduğunu vurğulayan Faleh Əl Fəyyaz daha sonra deyib: İraq ölkəsi və xalqına təhlükəsizlik bəxş edən şəhid general Qasim Süleymaninin bu ölkə üçün çəkdiyi zəhmətlər təqdirəlayiqdir.

Qeyd edək ki, İraqın Həşdiş Şəəbi təşkilatı bu ölkənin xüsusi silahlı qüvvələrindən ibarətdir və 67 dəstədən ibarət olan bu silahlı qüvvələr ölkə ordusunun silahlı qüvvələri ali komandanlığına tabedir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib