Bu gün (22 sentyabr) Tehranda keçirilən hərbi paradda ilk dəfə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hava-kosmik qüvvələrinin hipersəsli “Fəttah” raketi və uzaq mənzilli “Pave” qanadlı raketi nümayiş etdirilib.
Fars İnformasiya Agentliiyinin məlumatına əsasən, İran İslam Respublikasında Müqəddəs Müdafiə Həftəsinin başlaması münasibətilə silahlı qüvvələrin müxtəlif bölmələrinin iştirak etdiyi bu hərbi paradda ən son hərbi məhsullar, o cümlədən müxtəlif raketlər və dronlar nümayiş etdirilib.
Məlumata görə, paradda İranın Fəttah və Pave raketlərinin də təqdimatı olub.
“Fəttah” 1400 km mənzilli və 13-15 Max sürəti ilə dəqiq idarə olunan iki mərhələli bərk yanacaqlı raketdir.
“Paveh” 1650 kilometr məsafə qət edə bilən yeni uzaqmənzilli qanadlı raketdir.
Paradda, həmçinin “Mühacir” və “Şahid” pilotsuz uçuş aparatları ilə birlikdə “dünyanın ən uzun mənzilli pilotsuz uçan aparatı” olan “Arəş” kamikadze dronu da nümayiş etdirilib.