Fəlakət üçgözlü dinozavr-krevetlərini oyandırdı: Öz vaxtlarını gözləyirmişlər: – FOTO

Nevadada (ABŞ) “Burning Man” festivalında yaşananlar təəccübləndirməyə davam edir. Belə ki, güclü yağışlar 70 min festival iştirakçısı üçün tələyə çevrilsə də, oyanmağı gözləyən dinozavr-krevetləri üçün təmiz hava olub – onları çoxillik yuxudan oyadıb.

Tədqiqatçılar qeyd edirlər ki, bu kiçik canlılar illərlə qalın qabıqda qış yuxusunda olub. Ancaq  leysan Nevadanın adi quru səhra ərazisini onlara yumurtadan çıxma üçün optimal mühitə – nəhəng palçıq hovuzlarına çevirib.

Festival iştirakçıları su basmış səhradan qaçarkən xərçəngkimilərin palçıq çuxurlarından sürünərək çıxdıqlarını görüblər. Alimlərin fikrincə, gələn həftədən bu sirli canlılar yumurta qoymağa başlayacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi