Fələstinlilər raket hücumuna başladı

İnformasiya qaynaqları sionist sakinli “Nahil Əvt” qəsəbəsinə raket hücumundan xəbər verərək elan etdi: Bir raket hücumunun ardınca Qəzzə zolağı ətrafında sionist sakinli qəsəbələrdə təhlükə siqnalları verildi.

Əl-Aləm telekanalının məlumatına əsasən, Qəzzə zolağından sionist sakinli qəsəbə olan Nahil Əvzdə güclü partlayış səsi eşidilib.

Sabirin News-un telegram hesabı bu güclü partlayışın səbəbini Qəzzədən israillilərin yaşadığı qəsəbəyə fələstinlilərin raket atdığın ehtimalı olduğunu elan edib.

Son günlərdə fələstinlilərin cinayətkar rejimə qarşı güclü hərbi və intihari əməliyyatları haqda çoxlu məlumatlar yayımlanır. Bu isə Fələstin müqavimət hərəkatı və digər fələstinli qrupların ciddi-cəhdlə işğalçılarla mübarizəyə başladıqlarını göstərir.

Related posts

Allaha itaət etsən…

İsrailin süqutu

Belarus yəhudiləri