Fələstinlilər məhdudiyyətlərə sinə gərir

Sionist rejimin son günlərdə fələstinlilərə qarşı məhdudiyyətlərinin şiddətləndirməsinə rəğmən, müqavimət xalqı dini rəhbərlərinin fərmanı ilə cümə namazı mərasiminə gediblər.

Əl Aləm telekanalının məlumatına əsasən, son günlər müqavimət qruplarının Qərb sahili və Qəzzədəki müxtəlif əməliyyatlarından hiddətlənərək təhlükəsizlik tədbirlərini birəbeş qat ciddiləşdirib. Amma bu sərt tədbirlər Fələstin xalqının dini vaciblərini yerinə yetirmələrinə mane ola bilməyib və onlar Məscidül Əqsada çox əzəmətli bir cümə namazı qılıblar.

Şəxsən işğalçı rejim müharibə naziri guya şiddətləndirilmiş təhlükəsizlik tədbirləri ilə qəsəbə sakinlərinin təhlükəsizliyini qorumağa çalışır. Amma yəhudilərin dəfələrlə Məscidül Əqsaya qanunsuz girişləri və bunun böyük bir təhlükə olduğunu hesab etmədiyi üçün müsəlmanlara məhdudiyyətlər qoyur.

Fələstinin yerli qaynaqları bu gün (6 oktyabr) Məscidül Əqsada izdihamlı bir cümə namazının qılındığından xəbər verirlər. Məlumata görə bu namazda on minlərlə fələstinli iştirak edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur