Fələstinli yepiskop kilsələrin təhqir olunmasına etiraz edib

QafqazTimes xəbər verir ki, bəzi mətbuat orqanlarının məlumatına görə Yepiskop Pyer Batista Batestbala Latın Patriarxı (Qüds Katolik Kilsəsinin arxiyepiskopu) jurnalistlərə verdiyi müsahibədə deyib: İsrail polisi kilsəyə, tibb mərkəzlərinə, hətta ölülərə belə hörmət etmir. İsrail polisinin hərəkətləri beynəlxalq norma və standartların ciddi şəkildə pozulmasıdır.

O, fələstinli jurnalist Şirin Əbu Aqilənin dəfn mərasimində İsrailin kilsəyə qarşı hörmətsizliyindən danışaraq vurğulayıb: “Polis tibb mərkəzlərinə, hətta xristianların müqəddəs məkanı olan kilsəyə belə ehtiram qoymadı.”

Qüdsün şərqində yerləşən Şeyx Cərrah məhəlləsindəki xəstəxana binasında jurnalistlərə açıqlama verən Müqəddəs Torpaqların yepiskopu əlavə edib: “Polisin müdaxiləsi və onun əsassız güc tətbiqi beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır.”

O, sionist rejimin iddialarını rədd edərək deyib: “Dini azadlığın ən mühüm cəhətlərindən biri ölülərə ehtiramdır. “Dəfn mərasimlərində hətta siyasi hərəkətlər edilsə belə, bu, emosional bir davranışdır. Orada şüar verməyi və ya bayraq qaldırmağı qadağan etmək mümkün deyil. Onlar buna icazə verilməli idilər.”

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya