Fələstinli uşaqlar sionist işğalının əsas qurbanlarıdır

QafqazTimes xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, sionist rejimin Qəzzədə üç günlük bombardmanları 15-i uşaq olmaqla azı 44 fələstinlinin şəhid olması ilə nəticələnib. Təl-Əviv rejimi və Fələstin İslami Cihad qruplaşması sionist ordusunun mühasirədə olan Qəzzə bölgəsini üç günlük intensiv bombardmanlarından sonra bazar günü axşam saatlarında atəşkəs elan ediblər.

Fələstin Səhiyyə Nazirliyinin son rəsmi məlumatına görə, bu hücumlarda 15-i uşaq olmaqla 44 fələstinli şəhid olub, ən azı 350 mülki şəxs isə yaralanıb.

Bu hesabata görə, 2008-ci ildən bəri İsrail rejimi Fələstin ərazisində dörd müharibəyə başlayıb və dörddə biri uşaq olmaqla 4000-ə yaxın insanı qətlə yetirib.

“Uşaqlar üçün Beynəlxalq Müdafiə” təşkilatının topladığı məlumatlara əsasən, 2000-ci ildən – ikinci intifadanın başlanğıcından bəri işğal olunmuş Fələstin torpaqlarında ən azı 2200 uşaq sionist ordusu və sionist mühacirlər tərəfindən şəhid edilib.

Qeyd edək ki, 2008-ci ilin sonu və 2009-cu ilin əvvəlindəki müharibə (22 günlük müharibə) 315 uşağın şəhid olması ilə nəticələndi.

2012-ci ildə İzzəddin Əl-Qəssam batalyonlarının əsas komandirlərindən olan Əhməd Əl-Cəbərinin terror edilməsi ilə başlayan müharibədə sionistlərin hücumları 43 uşaq və 15 qadının şəhid olması ilə nəticələndi.

Ən uzun müharibə olan 2014-cü ildə baş verən 51 günlük müharibədə isə 546 uşaq işğalçılar tərəfindən öldürülmüşdür.

Həmçinin ötən il baş verən 12 günlük müharibə isə 72 fələstinli uşağın həyatına son qoymuşdur.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq