Fələstinli uşaq sionist hərbçiyə “mənim torpağımdan rədd ol” dedi+video

www.aparat.com/video/video/embed/videohash/iUeWL/vt/frame?t=31

Əlcəzirə telekanalı bir cəsarətli fələstinli uşağın sionist rejim hərbçisi ilə mübahisəsini əks etdirən video yayımlayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, videoda bu uşaq silahlı sionist hərbçi ilə mübahisə edir və onların yaratdığı problemlərdən danışaraq “bura mənim torpağımdır, sən çıx get” deyir.

Filmdə göründüyü kimi sionist hərbçi uşağın yolunu bağlamağa cəhd edir və uşaq tam özgüvənlə yoluna davam edir və maneələr gödüyündə əsəbi halda “bura mənim torpağımdır, siz də Amerikaya gedin” deyir.

Fələstinli bir azyaşlının rəşadəti sosial mediada dünya ictimaiyyətinə bir daha sionist İsrail rejiminin işağl olunmuş torpaqlardakı cinayətlərini xatırladır.

Qeyd edək ki, sionist rejimin qanunlarına əsasən, 12 yaşdan yuxarı fələstinli uşaqların mühakiməsi və həbsinə icazə verilir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur