Fələstinli şəhidlərin sayı artır

İşğalçı sionist rejim hərbçiləri Əl-Xəlil məntəqəsində müqavimət əməliyyatı yetirən 21 yaşlı Şərif Həsən Ribanı şəhid ediblər.

Sionist rejim radiosu “Kan” proqramlarından birində iddia edib ki, bu fələstinli gənc soyuq silahla israilli hərbçiyə hücum etdiyi üçün güllə ilə yaralamaq məqsədi ilə vurulub. Bu hadisə Əl-Xəlilin Əl-Fura düşərgəsində baş verib.

Bu hadisədən sonra sionist rejim hərbçiləri hücuma hazır vəziyyəti elan ediblər.

Xatırladaq ki, İsrail rejiminin hərbi və təhlükəsizlik qüvvələrinin gündəlik və daimi araşdırmalarına baxmayaraq, fələstinli gənclərin silahlı əməliyyatlar həyata keçirməsi göstərir ki, sionist rejimin təhlükəsizlik qüvvələri bu tip əməliyyatların icraçılarının müəyyən edilməsi və onlara qarşı mübarizədə böyük problemlərlə üzləşiblər. Həmçinin, sionistlərə qarşı bu tip əməliyyatların aparılması müxtəlif sionist bölgələrində təhlükəsizlik vəziyyətin bərbad olması hissini gücləndirəcək və işğal olunmuş ərazilərdə əks miqrasiyanı artıracaq.

Related posts

Hənzələ əməliyyatı: Sionist rejim tarixində ən böyük həkləmə

Sionist girovların Netanyahuya müraciəti davam edir

Sionistlərin əksəriyyəti girov mübadiləsi tələb edir