Fələstinli müqavimət dayanmaq bilmir: Gün ərzində 18 anti-sionist əməliyyat

Ötən 24 saat ərzində fələstinli müqavimət qrupları 18 anti-sionist əməliyyat keçiriblər.

Təsnim İnformasiya Agetliyinin məlumatına əsasən, ötən sutka ərzində fələstinli mübariz qruplar Qərb sahili və işğal olunmuş Qüdsdə  molotov kokteyli, bomba, əllərinə düşən silah-sursatla 18 anti-sionist əməliyyat keçiriblər.

Məlumata əsasən, Şuəfat, Ramullah və Əl-Xəlildə baş vermiş toqquşmada isə fələstinlilər daşla sionist rejimə qarşı çıxıblar. İşğal olunmuş Qüdsdə isə odlu silahdan açılan güllə və avtomobillə hücum halları müşahidə edilib.

Qeyd edən ki, bu ilin əvvəlindən indiyə qədər Qüds şəhərində fələstinlilərin anti-sionist aktlarında 9 qəsəbə sakini həlak olub və 35 sionist yaralanıb.

Related posts

İran: Məsqət müzakirələri hələ ki, dayandırılıb

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik