Fələstinli mücahidlər Hebronda sionist yaşayış məntəqəsini atəşə tutublar

QafqazTimes xəbər verir ki, Fələstin mediasının məlumatına görə fələstinli mücahidlər bazar günü gecə İordan çayının qərb sahilində Hebronun şimalında yerləşən Beyt Əmr yaxınlığındakı sionist “Kermi Tsur” qəsəbəsini atəşə tutublar.

Bu xəbəri açıqlayan “Fələstin Əl-Youm” saytı əlavə edib ki, bu atışmalarda tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

İşğal altında olan Beytlehem şəhəri yaxınlığında yerləşən bu ərazidə sionist əsgərlər son vaxtlar bir neçə dəfə atəşə tutulub.

Bununla əlaqədar bazar günü səhər saatlarında Fələstin mediası həmçinin İordan çayının qərb sahilində sionist rejim hərbiçilərinin toplaşdığı yerə doğru çoxsaylı atəş əməliyyatlarının həyata keçirildiyini bildirib.

Bu medianın məlumatına görə, son bir neçə saat ərzində Nablus və Hebron şəhərləri yaxınlığındakı sionist məntəqələrinə 3 dəfə atəş açılıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur