Sionist rejim hərbçilərinin fələstinli bir qadını güllə ilə vurmaq istədiyini görən gənc özünü güllənin qarşısına qoyaraq şəhid olub.
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (1 aprel) səhər tezdən sübh namazı vaxtı Məscidül Əqsanın girişində Babul Silslə giriş qapısında işğalçı hərbçilər bir qadını vurmaq istəyib. Amma müsəlman gənc dərhal özünü qadının qarşısına ataraq şəhid olub.
Yerli qaynaqların verdiyi xəbərə görə sionist rejim hərbçiləri dünənki cümə namazından sonra çox ciddi təhlükəsizlik tədbirlərinə başlayıb və hal-hazırda Məscidül Əqsaya daxil olan girişləri, o cümlədən Babus Sahirə girişini tamamilə bağlayıblar.
Ərəbdilli qaynalar daha bir fələstinli gəncin Babus Silsilə girişində kamikadze əməliyyatı etmə cəhdindən də xəbər verirlər.
Şahab İnformasiya Agentliyi və Yadiut Aharanut əzeti Məscidül Əqsa girişindəki bu hadisəni təsdiqləyiblər.