Fələstinli analitik Netanyahunun ağ yalanlarından danışdı

Fələstinli analitik Netanyahunun ağ yalanlarından danışdı

Fələstin Milli Təşəbbüs Təşkilatının baş katibi Amerikanın “iki dövlət” planını tənqid edərək deyib: ABŞ əslində bu əsl Fələstin dövlətinin yaradılması demək deyil; Çünki onun məqsədi Fələstin dövlətinin yaradılması olsaydı, onun tanınmasına qarşı çıxmaz və İordan çayının qərb sahilində sionist məskunlaşmasına qarşı dayanaraq sionist rejimin 1967-ci il torpaqlarının işğalına son qoyardı.

Əl Aləm telekanalının məlumatına əsasən, Mustafa Əl Bərğusi bu gün (24 iyun) Əl Aləmlə müsahibəsində deyib: Netanyahu 1994-cü ildə hakimiyyətə gəldiyi zamandan müstəqil Fələstin dövlətinin qurulmasına mane oldu. O bütün Fələstin torpaqlarının yəhudilərə aid olduğunu iddia etməkdən əlavə, sionistlərin ümumi fikrini İshaq Robin əleyhinə qaldırdı. İş Robinin terroru ilə nəticələndi. Çünki İshaq Robin fələstinlilərlə sülh müqaviləsi imzalamışdı.

Əl Bərğusi həmçinin deyib: Netanyahunun dözülməz siyasətləri ucbatından Fələstin ölkəsi üçün real sülh məfhumu yoxdur. O, bütün Fələstini yəhudiləşdirmək istəyir. Hətta o, Bezazel Smotriçə İordan çayının qərb sahilində ürəyi istədiyi kimi qəsəbə salmasına belə icazə verib. Əlbəttə bu, Smotriçin ona təzyiqləri deyil, Netanyahunun özünün bu siyasətə marağından irəli gəlir. Belə ki, Smotriç sadəcə əmrə itaət edir.

Əl Bərğusinin uzun müsahibəsində diqqəti çəkən məsələlərdən biri də budur ki, o deyir: Netanyahu müharibənin davamı və genişlənməsini istəyir, çoxlu yalanlar uydurur, hətta Baydenin planına da zahirdə razı olduğunu nümayiş etdirərək, Həmasın müxalifət etdiyini göstərməyə çalışır.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir