Fələstinli əsirlər müddətsiz və geniş miqyaslı aclıq aksiyasına başlayıb

QafqazTimes xəbər verir ki, Fələstinli Əsirlərin İşi Üzrə Komitənin bazar ertəsi İsrail həbsxanalarındakı əsirlərin bu gündən etibarən müddətsiz aclıq aksiyası keçirməyə qərar verdiyini açıqlayıb.

Qüds Xəbər Agentliyi Fələstinin Əl-Əsir təşkilatına istinadən xəbər verir ki,. fələstinli əsirlərin bu addımı sionist həbsxana rəsmilərinin cəza məqsədi daşıyan məhdudiyyətlərinə etirazdır.

Təşkilat bəyanat yayaraq, məhbusların aclıq aksiyasının bu kampaniya planının bir hissəsi olduğunu, əsas hissəsinin həbsxana qaydalarına tabe olmamaq və qəbul etməməkdən ibarət olduğunu vurğulayıb. Məlumata görə, aksiyada bütün fələstinli qrupların məhbusları iştirak edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur