Fələstin media qaynaqları işğal olunmuş Həyfa yaxınlığındakı Hədra məntəqəsində bir zavodda yanğın baş verdiyini elan ediblər.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə bu yanğında Hədrada yerləşən şin zavodunun bütün texniki avadanlıqları məhv olub.
Bəzi ekspertlərin fikrincə bu yanğın Hədradakı “Alyans” şin zavodunun 70% istehsal qüdrətinə tamamilə zərər vurub.
Qeyd edək ki, sionist rejimin rəsmi mediaları hansısa səbəblərə görə bu şübhə doğuran xəbəri yayımlamaq istəmirlər. Hətta bu barədə cüzi də olsa bir məlumat verməyiblər.
Xatırladaq ki, işğal olunmuş Fələstin ərazisində yerləşən “Alyans” şin zavodu Yaponiyanın Yokohama şirkətinin bir filialıdır və tədqiqat mərkəzi və istehsal qüdrətli bu şirkətin təqribən 500 işçisi var.