İsrail hərbçilərinin Cənin düşərgəsinə hücumundan sonra fələstinli müqavimət qüvvələri arasında qarşıdurma nəticəsində 6 nəfər şəhid olub.
Əl-Aləm telekanalının məlumatına əsasən, bu gün (7 mart) işğalçı rejmin Cəninə hücumunda bir neçə fələstinli də yaralanıb.
Həmas bəyanat yayaraq bu hücumu qəsbkar rejimin daha bir cinayəti adlandıraraq sionistlərlə mübarizədə əllərindən gələni əsirgəməyəcəklərini elan edib.
Fələstin Səhiyyə Nazirliyi sionistlərin hətta təcili tibbi yardım maşınlarına da atəş açdıqlarını elan edib. Deyilənlərə görə sionistlərin əsas məqsədi qarşılarına çıxan fələstinlilərin hamısını şəhid etmək olub.
Məlumatda həmçinin Cəninndə fələstinlilərin bir sionist dronunu vurduqları da deyilir. Gün ərzində atışma və gərginlik davam etməkdədir. Sionistlər hətta evlərə belə bombalar yağdırırlar, insanları evdən çıxmağa imkan vermirlər.
İnformasiya qaynaqları hətta sionist vertolyotlarının Cənin səmasında uçduqlarını deyirlər.