Fələstində şəhidlər artır, aclıq aksiyası başlayır

 Sionist İsrail rejimi daxili çaxnaşmalarına baxmayaraq fələstinli müqavimət dəstələrini susdurmaq siyasətindən əl çəkmir.

Əl-Aləm telekanalının məlumatına əsasən, sionist hərbçiləri bu gün (11 mart) İordan çayının qərb sahilində yerləşən Qəlqəliyyə məntəqəsinin post-patrul keçidi yaınlığında bir fələstinli gənci şəhid edib.

Fələstin İnformasiya qaynaqları məlumat verir: İordan çayı qərb sahilində yerləşən Qəlqəliyyə məntəqəsində 16 yaşlı fələstinli Əmir Əvdə sionistlərin gülləsinə tuş gəlib və şəhid olub.

Ekspertlərin fikrincə sionist rejim daxili çaxnaşmalara rəğmən, təcavüzkarlıq siyasətini davam ettdirməkdə israrlıdır və mübarək Ramazan ayı astanasında fələstinliləri susdurmaq cəhdlərinə davam etdirir.

Digər bir xəbərdə isə Fələstin Əsirlər Komitəsi həbsdə olan müqavimət üzvlərinin aclıq aksiyasına başlayacaqlarından xəbər verirlər. Fevral ayından başlayan dövri aclıq aksiyaları Ramazan ayından etibarən daha ciddi şəkildə etirazın inkişaf etmiş həddinə çatdırılacaq.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir