Fələstin yenidən BMT-nin tamhüquqlu üzvü olmadı

Fələstin növbəti dəfə BMT-nin tamhüquqlu üzvü olmadı

Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı müraciətindən 13 il keçsə də, Təhlükəsizlik Şurası bir daha bu məsələdə konsensusa gələ bilməyib.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Təhlükəsizlik Şurasına sədrlik edən Maltanın BMT-dəki nümayəndəsi, Vanessa Frazier Fələstinin BMT-dəki üzvlüyünü nəzərdən keçirən xüsusi komitənin işinin başa çatmasından sonra belə deyib: “heç bir konsensus əldə edilməmişdir”.

Özünüidarəetmə Təşkilatı 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, 2012-ci ildə təşkilata qeyri-üzv müşahidəçi kimi qəbul edilib. Ölkənin tamhüquqlu üzvlüyünə hər zaman ABŞ-ın etirazı olub.

Vanessa Frazier bildirib ki, Təhlükəsizlik Şurası üzvlərinin üçdə ikisi Fələstinin tam üzvlüyünə tərəfdardır, lakin şuranın təsdiqi yekdillik tələb edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib