Fələstin xalqı Mahmud Abbasın istefasını istəyir

Fələstin xalqının Özünüidarə Təşkilatının başçısı Mahmud Abbasa qarşı qəzəbləri artmaqla onun istefasını tələb edirlər.

Təsnim İnformasiya Agentliyinin France 24-ə istinadən verdiyi xəbərə görə Qəzzə müharibəsinin 15-ci günündən sonra İordan çayı qərb sahilində fələstinlilər Özünüidarə təşkilatının başçısı Mahmud Abbasın istefasını istəyiblər.

Məlumata görə Qərb sahili fələstinliləri M.Abbasa olan qəzəblərini elan etmək üçün aksiya təşkil edərək şüarlar verir, amma bu etirazlar təhlükəsizlik qüvvələri tərəfindən susdurulur.

Fələstinin Vəfa Xəbər Agentliyi yazıb ki, Mahmud Abbasın “Həmas Fələstin xalqının nümayəndəsi deyil” çıxışı bir müddət sonra saytlardan götürülsə də bu sözlər onun öz xalqı və Həmas qarşısındakı mövqeyini göstərirdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib