Fələstin Xalq Cəbhəsi: Qəzzə xalqının soyqırımı bəşəriyyətin qara ləkəsidir

Fələstin Xalq Cəbhəsi bu gün (1 yanvar) bəyanat yayaraq elan edib ki, Qəzzə xalqının sionistlər tərəfindən soyqırım edilməsi bütün bəşəriyyət üçün rüsvayçılıqdır.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, FXC-nin bəyanatında deyilir: Yeni milad təqvimi daxil olsa da sionist rejimin cinayətləri müqabilində bizim də mübarizəmiz davam edir. Amma bu cinayətlər bəşəriyyət tarixində ən böyük qara ləkə və xalqımız əleyinə ən böyük ədalətsizliyin göstəricisidir.

FXC-si həmçinin Yəmən dənisz qüvvələrindən bir neçə hərbçisinin şəhid olmasına da münasibət bildirərək deyib: Biz düşmən ABŞ-a müqavimət göstərən Yəmən dəniz qüvvələrinin şəhidlərinin də matəmini saxlayırıq və  işğalçıların məqsədlərinə heç vaxt çata bilməyəcəklərinə əminik.

Bəyanatın sonunda deyilir: Sionist rejimin xülyaları belə puça çıxacaq. Çünki Fələstin xalqı bu fədakarlıqlardan sonra nə geri çəkiləcək, nə də təslim olacaq.

Related posts

İsrail ordusunun istefada olan generalı HƏMAS-ın dağıdıcı gücünü etiraf edir

İsrail ordusunun istefada olan generalı Həmasın dağıdıcı gücünü etiraf edir

İslami Cihad Hərəkatı sionistlərin Ofer həbsxanasına hücumuna reaksiya verdi

İslami Cihad Hərəkatı sionistlərin Ofer həbsxanasına hücumuna reaksiya verdi

Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub

Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub