Fələstin müqavimməti İngiltərənin Qəzzədə istismarçılıq niyyəti barədə xəbərdarlıq edib

Fələstinə Azadlıq Xalq Hərəkatı İngiltərənin müxtəlif bəhanələrlə öz hərbçilərini Qəzzəyə yerləşdirmək planı barədə xəbərdarlıq edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Fələstinə Azadlıq Xalq Hərəkatı dünən axşam (28 aprel) bəyanat yayaraq elan edib: İngiltərə və hər hansı bir ölkənin Qəzzə torpağı və yaxud sahillərində hərbi qüvvə yerləşdirməsinə izin verməyəcəyik.

Bəyanatda həmçinin deyilir: Hər hansı bir ölkə hərbçilərinin humanitar yardımların xalqa çatdırılması bəhanəsilə Qəzzəyə daxil olmasının yalan olduğunu hamı yaxşı bilir. Bu bir hiyləgər bəhanədir və İngiltərənin çirkin işğalçılıq siyasətinin göstəricisidir.

Xatırladaq ki, İngiltərə dövləti Qəzzəyə humanitar yardımların çatdırılması üçün ezam etdikləri hərbi qüvvələr ABŞ-ın Qəzzədə müvəqqəti limandan fələstinlilərə çatdırılmasına yardım məqsədilə may ayının sonlarında bu limana hərbi qüvvə göndərməyə cəhd edir.

ABŞ mart ayının əvvəllərində Fələstin anklavına humanitar yardım çatdırmaq üçün Qəzza zolağında müvəqqəti liman inşasına başlayıb.

Ekspertlərin fikrincə Amerikanın Qəzza limanının tikintisi ilə bağlı bəyanatları Amerikanın Qəzzə blokadasının əvvəlindən tapdaladığı bəşəriyyət pərdəsi altında dünyaya özünü göstərmək üçün aldatmaqdan başqa bir şey deyil.

Related posts

Putinin İnqilab Rəhbərinə başsağlığı mesajı

Qaranlıq susur, işıq danışır; sən işıq ol, səssizliyi yırt – video

Yəmən ordusu: ABŞ və İsrail hədəfimizdədir

Yəmən ordusu: ABŞ və İsrail hədəfimizdədir