Fələstin müqaviməti yeni raketini sınaqdan keçirdi

İbri dilli media vasitələri Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) Qəzzə Zolağında yeni raketini sınaqdan keçirdiyindən xəbər verirlər.

Əl-Aləm telekanalının məlumatına əsasən, sionist rejimin hərbi jurnalist-analitiki Əmir Buxtut deyib: Həmas bu gün (26 fevral) hərbi qüdrətini nümayiş etdirərək, Qəzzə sularında yeni raketini sınaqdan keçirdi.

Qeyd edək ki, Fələstin müqavimətinin sionist rejimin hava və raket hücumlarından müdafiə məqsədli raket istehsalı hərbi potensiallarının artması deməkdir.

Qeyd edək ki, Fələstin İslami Cihad Hərəkatı və digər müqavimət qrupları son aylarda sionist İsrail rejimi hərbçilərinin cinayətlərinə qarşı misligörünməz əməliyyatlar keçirir. Həmasın hərbi qüdrətinin artması, fələstinli müqavimət qruplarının modern silah-sursatlara sahib olması ölkədə daxili çaxnaşma və vətəndaş müharibəsi qorxusu yaşayan qəsbkar rejimin qorxusuna səbəb olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur