Sionist rejim informasiya qaynaqları Hayfa rayonunun Pardes-Hana kəndi yaxınlığındakı avtobus dayanacağına yaxın şossedə fələstinli müqavimət dəstələrin anti-sionist əməliyyatından xəbər verirlər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, “The Times of Israel” qəzeti yazıb: Fələstinli sürücü maşını piyadaların üstünə sürüb və nəticədə 13 nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Polis hadisəni terror aktı kimi qiymətləndirib və bildirib ki, avtomobilin sürücüsünün həbs olunduğu iddia edilsə də, o, şəhid olub. Vurğulanıb ki, hadisəni törədən 53 yaşlı fələstinli qeyri-qanuni olaraq İsrail ərazisində yaşayıb və İordan çayının qərb sahilindəki Cenin şəhərindən olub.