Fələstin müqaviməti bu gün raket sınağı ilə gündəmə düşdü

Fələstin müqaviməti Qəzzədə öz hərbi qabiliyyətlərini genişləndirmək çərçivəsində yeni raketləri sınaqdan keçirib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (9 iyun) Fələstin müqaviməti öz hərbi qabiliyyətlərini genişləndirmək çərçivəsində yeni raketləri sınaqdan keçirib.

Şahab İnformasiya Agentliyinin məlumatına görə bu sınaq “hazırlıq” məqsədi ilə dənizə doğru atılıb.

May ayında da Fələstin müqaviməti bir raket sınaqdan keçirmişdi.

Fələstinli hərbi və siyasi mənbələrin bildirdiyinə görə, Qəzza müqaviməti bu raketlərin inkişafı ilə İsrail qırıcılarının Qəzza üzərində qayğısız uçuşuna maneəyə çevriləcəyinə ümid edir. Xüsusilə 2014-cü ildən, müqavimət qüvvələri 14,5 mm-lik zenit silahlarından istifadə etdiyi üçün İsrail helikopterləri artıq Qəzzaya yaxınlaşmağa cəsarət etmir və məqsəd Qəzzanın səmasını hər cür düşmənin hava təchizatının uçması üçün təhlükəli vəziyyətə salmaqdır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır