Qafqaztimes xəbər verir ki, beş fələstinli müqavimət qrupu, Beynəlxalq Qüds Günündə etdiyi çıxışı və göstərdiyi mövqeyə görə İİR-nın Ali dini Liderinə ayrı-ayrılıqda təşəkkür mesajları göndərmişlər.
Bu mesajlarda, Fələstin xalqının müqavimətini dəstəkləyən İran İslam Respublikası və İnqilabın Ali Rəhbərinin mövqelərinə görə təşəkkür edilmiş və Ayətullah Xameneinin bu il Beynəlxalq Qüds Günündə etdiyi açıqlamaları Fələstinin azadlığı üçün bir yol xəritəsi adlandırılmışdır.
Bu məktublarda həmçinin Fələstin amallarını yaşatdığına görə Şəhid Hacı Qasim Süleymaninin adı və xatirəsi əziz tutulmuşdur.
İnqilabın Ali Rəhbəri 6 May, Qüds Günündə həm farsca, həm də ərəbcə etdiyi canlı bir televiziya çıxışında müqavimət qüvvələrinin kəmiyyət və keyfiyyət cəhətdən inkişafından bəhs etmiş və işğal olunmuş ərazilərdəki qüvvələr nisbətinin İslam dünyasının xeyrinə dəyişdiyini qeyd etmişdir.
Ayətullah Xamenei bu çıxışında həmçinin sionist rejimin tənəzzülə uğradığını və Fələstinin gələcək siyasi sistemini müəyyənləşdirmək üçün Fələstin daxilində və xaricində olan bütün fələstinlilər arasında bir referendum keçirilənə qədər müqavimətin davam edilməsinə təkid etmişdir.