Fələstin mövqeləri sionistlərin bobardmanlarına məruz qaldı

Sionist rejim qırıcı təyyarələri Qəzzə şəhərinin şərqində yerləşən Fələstin müqavimət dəstələrinin mövqelərini bombardman ediblər.

Əl Aləm telekanalının məlumatına əsasən, fələstinlilərin Qəzzədə işğalçı rejimin mühasirəsinə etiraz olaraq keçirdikləri sakit aksiyaların 11-ci günündə sionist rejim hərbçiləri Rəfəh əyalətinin Qəzzə şəhərində yerləşən müqavimət qruplarının mövqelərini bombardman ediblər.

Həmçinin dünən (26 sentyabr) Qəzzə zolağında keçirilən aksiyada sionistlər dinc əhaliyə gözyaşardıcı qazlardan istifadə ediblər və zərərçəkənlər var.

Yerli qaynaqların məlumatına görə sionist hərbçilərin Hisar Cədai (Hail) kəndində də atışma faktları qeyd edilib.

Fələstin səhiyyə nazirliyi Qəzzə zolağının şərqində baş verən bu hadisələrdə 11 fələstinlinin yaralandığını elan edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur