Fələstin bu gün də şəhid verdi

Sionist rejim hərbçilərinin gülləsi ilə şəhid olan 22 yaşlı fələstinli Əmir İhab Bəstaminin nəəşi bu gün torpağa tapşırıldı.

Əl-Aləm telekanalının məlumatına əsasən, Nablosda keçirilən dəfn mərasimində iştirak edənlər cinayətkar sionist rejim əleyhinə şüarlar səsləndirərək şəhidlərin intiqamını alacaqları və Qərb sahillərində müqaviməti gücləndirəcəklərinə dair əhd bağlayıblar.

Qeyd edək ki, Əmir İhab Bəstami Həmasın aktiv üzvü və Quran hafizi idi.

Fələstin Qırmızı Aypara Cəmiyyəti bu gün səhər (13 fevral) elan edib ki, sionistlərin hücumu nəticəsində bir fələstinli şəhid olub, 5 nəfər yaralanıb.

Əmir İhan Bəstaminin şəhid olması ilə bu ilin başlanğıcından bu günə kimi şəhid olan fələstinlilərin sayı 48 nəfərə çatıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır