Qüdsdə Fələstin məhəllələrinə basqın edən minlərlə ekstremist israilli məskunlaşanlar üçün İsrail aparteid işğal rejiminin qüvvələri hərbi müdafiə və şərait təmin edib. Fələstinli fəallar bu zaman işğal altındakı Qüdsün səmasında israilli müstəmləkəçilərin izdihamı üzərində dalğalanmaq üçün dronla Fələstin bayrağını qaldırıblar.
Qeyd edək ki, İsrail işğal etdiyi Qüdsdə Fələstin bayrağını qaldırmağı qadağan edir.