Fələstin Azadlıq Hərəkatının baş katibi: Şəhid Süleymani Qüdsün azadlığını yaxınlaşdırdı

QafqazTimes xəbər verir ki, Fələstin Milli Azadlıq Hərəkatının baş katibi Ziyad Əl-Səğir U-News-a verdiyi müsahibədə deyib: “Şəhidlər Süleymani və Əbu Mehdiyə sui-qəsd edən düşmənlər müqavimət cəbhəsinin bu cinayətlə zəiflədəcəyini və parçalanacağını düşünürdülər. Amma bu baş vermədi.”

Əl-Səğir əlavə edib: “Fələstinlilərin ötən Ramazan ayında sionist rejimin təcavüzünə qarşı müqaviməti olan “Qüds qılıncı” döyüşü müqavimətin gücünün artdığını sübut edən bir nümunə idi.”

Fələstinli xadim bildirib: “Şəhid Süleymani bölgədəki müqavimətin bütövlüyünə nəzarət etdi və onun səyləri Fələstinin azad edilməsinə təkan verdi.”

Əl-Səğir həmçinin bildirib: “Məhz Müqavimət Cəbhəsinin Fələstinə doğru addımlarının bu sürətlənməsi ABŞ və sionist düşməni qorxuya saldı, çünki bu qruplar Sərdar Süleymaninin müqavimətin birliyinə söykənən yanaşmasına sadiq idilər.”

Fələstin Milli Azadlıq Hərəkatının baş katibi Suriyanın da Fələstində sionist düşmənlə vuruşduğunu bildirərək, deyib: “Suriya hazırda birdən çox cəbhədə işğalçılara qarşı mübarizə aparır.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur