Fələstin əsirlərinə dəstək aksiyası başlayır

Fələstin  Əsirləri üzrə fövqəladə komitəsi həbsdə olan fələstinlilərə dəstək üçün xalqdan hər həftənin çərşənbə axşamı günü aksiyaya çıxmalarını istəyib.

Əl-Aləm telekanalının məlumatına əsasən, Fələstin  Əsirləri üzrə fövqəladə komitəsi dünən bir bəyanatda çox yaxın gələcəkdə sionist rejimlə böyük döyüşlərin baş tutuacağını xəbər verərək elan edib: Gəlin hər həftənin çərşənbə axşamı günü işğalçı rejimlə mübarizə və əsirlərimizə dəstək məqsədi ilə etiraz aksiyasına birlikdə çıxaq. Millətimizin ən yaxşı oğulları azadlıq uğrunda canlarını fəda edir. Gəlin hər həftə bir könüldən “Azadlıq” fəryad edək.

Qeyd edək ki, bir neçə həftədir sionist rejim həbsxanalarında fələstinli əsirlər İsrail milli təhlkəsizlik naziri İtamar Benn Qvirə Bizim itirməyə artıq heç nəyimiz qalmayıb, son qanımıza qədər mübarizə edəcəyik sonluqlu xəbərdarlıq məktubu ünvanlayaraq aclıq aksiyasına başlayıblar.

Related posts

Sionist ordusu və qəsəbə sakinləri İordan çayı qərb sahilində təcavüzkarlıq edir

Sionist ordusu və qəsəbə sakinləri İordan çayı qərb sahilində təcavüzkarlıq edir

Aclıq - sionistlərin Qəzzədə soyqırım silahı

Aclıq – sionistlərin Qəzzədə soyqırım silahı

Ətvan: Müqavimət Fələstin xalqının yeganə nümayəndəsidir və Əbu Mazen xaindir

Ətvan: Müqavimət Fələstin xalqının yeganə nümayəndəsidir və Əbu Mazen xaindir