Fələstinə dəstəyə görə ABŞ universitetindən kənarlaşdırılan Helya

ABŞ-nin “Yale” Universitetinin Hüquq Fakültəsi, bir sionist veb-saytının süni intellekt əsasında iranlı tədqiqatçıya qarşı irəli sürdüyü iddialara əsaslanaraq, bu iranlı qızı kənarlaşdırdı.

Helya Dutaqi, beynəlxalq hüquq üzrə iranlı tədqiqatçı və Fələstinə dəstək aktivisti, Fələstinə dəstək bəyanatlarına görə Fələstinli Samidun qrupu ilə əlaqəli olduğu iddiası ilə ittiham edildi və kənarlaşdırıldı.

Bu qərar, süni intellekt vasitəsilə idarə olunan “Jewish Onliner” veb-saytının onu ABŞ tərəfindən terror qrupu kimi qiymətləndirilən Fələstinli Samidun qrupunu dəstəkləməkdə ittiham etməsindən sonra qəbul edildi.

Helya bu qərara cavab olaraq, əvvəlki Twitter, indiki “X” sosial media səhifəsində bir bəyanat yayımlayaraq vurğuladı ki, Yale Universiteti ona müdafiə fürsəti vermədən və yalnız əsassız ittihamlar əsasında onu kənarlaşdırıb.

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur