Eyni vaxtda yoqa ilə məşğul olan insanların sayına görə rekord müəyyənləşib (Video izlə)

Hindistanın Surat şəhərində eyni vaxtda bir yerdə yoqa ilə məşğul olan insanların sayına görə yeni dünya rekordu qeydə alınıb.

Bu barədə Qücərat ştatının daxili işlər üzrə səlahiyyətli nümayəndəsi Xarş Sanqxavi Beynəlxalq Yoqa Gününün yekunlarına dair məlumat verərkən söyləyib.

“Tədbirdə 100 mindən çox insan iştirak edib ki, bu da əvvəlki rekordun təzələnməsi deməkdir” – Xarş Sanqxavi bildirib.

Məlumat üçün qeyd olunur ki, Hindistanda yaranmış qədim fiziki, əqli və mənəvi təlim olan yoqa hazırda bütün dünyada müxtəlif formalarda tətbiq olunur və onun məşhurluğu artmaqda davam edir.

Yoqanın qlobal məşhurluğu nəzərə alınaraq, 2014-cü il dekabrın 11-də Birləşmiş Millətlər Təşkilatı qətnamə qəbul edərək 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi