Exuss FÖT-ün Riyaz-Tel Əviv razılaşmasına yaşıl işiğını iddia edir

ABŞ və sionist rejim mediaları Fələstin Özünüidarə Təşkilatının Riyaz-Tel Əviv sazişinə yaşıl işıq yandırdığından xəbər verirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, FÖT bu saziş üçün təklif paketini təqdim edib.

Exsuss portalı iddia edib ki, FÖT-ün verdiyi təklif paketində İordan çayı qərb sahilinin bir qisminə nəzarətin onlara verilməsi, həmçinin Beytül Müqəddəsdə ABŞ səfirliyinin açılması şərti də yer alır.

Exsussun yazdığına görə bu təklif paketi bu ilin əvvəlindən hazırlanıb və müzakirələrin ABŞ rəhbərliyi altında keçirilməsinə öz razılığını verib.

Məlumata görə FÖT Riyaz-Tel Əviv sazişinə müxalifət göstərdiyi təqdirdə Ərəbistan üçün vəziyyət daha da gərginləşə bilərdi.

Mahmud Abbasın müşaviri Hüseyn Əl Şeyx bu təklif paketini elə 3 ay əvvəl Səudiyyə Ərəbistanına veribmiş.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib