Evin bağçasında qəribə tapıntı- Sümüklərlə dolu çamadan

Amerikalı cütlük təsadüfən evlərinin bağçasında sümüklə dolu çamadan tapıb.

ABŞ-dən olan Rebekka-Linn Ekols “TikTok” hesabında bu qorxulu tapıntıdan danışıb. Ekols bildirib ki, əri ağac əkmək üçün çuxur qazarkən içində sümüklər olan çamadan tapıb. O, çamadanın çərçivəsinin parçalarına və parça qalıqlarına rast gəlib, daha sonra isə kökə bənzəyən bir şey tapıb. Onu torpaqdan çıxarmaq üçün əyiləndə əlində sümük olduğunu görüb. Kişi dərhal polisə zəng vurub.

Sentyabrın 16-da evinin bağçasında polis əməkdaşlarının olduğunu göstərən ilk videonu paylaşıb.

Bir neçə gün sonra qadın başqa bir video paylaşıb. Həmin gün Ekolsların bağında artıq 12 polis əməkdaşı işləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları torpaqda kəllə sümüyünü tapmayıb və sümüklər DNT testinə göndərilib ki, bu da onların insana, yoxsa heyvana aid olduğunu müəyyənləşdirməyə kömək edəcək.

Cütlük əvvəlki evləri qasırğa nəticəsində dağıldıqdan sonra 7 ay əvvəl Floridada yeni evə köçüb. Onlardan əvvəl orada bir ilə yaxın başqa bir ailə yaşasalar da, daxili münaqişələr səbəbindən həmin evdən köçüblər. Daha əvvəl isə ev ərazidə çoxlu sayda heyvan saxlayan və patoloji xəstəlikdən əziyyət çəkən insanlara məxsus olub.

Polis ev sahiblərindən hər hansı birinin tutularaq həbs edilməmişdən əvvəl ərazidə fəaliyyət göstərən Oadis Uayt adlı manyakla əlaqəsinin olub-olmadığını araşdırır.

Xatırladaq ki, manyak O.Uayt 2011-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

2 şərhlər

6476 Oktyabr 14, 2023 - 6:46 axşam

Do yyou mindd iif I quote a couple of your articles as ling as I
providce credit andd sourcds bqck too ylur webpage?
My website is inn the exact same nicbe as youres aand
myy users would certaimly benefit from some of the information you preswent here.
Pleease leet mme know iif this ook with you. Manny thanks!

Leslie Mart 22, 2024 - 4:41 səhər

Wow, wonderful blog format! How long have you been running a blog for?

you make blogging look easy. The total look of your
web site is great, let alone the content material! You can see similar here sklep online

Add Comment