Everest zirvəsini fəth edən ən sürətli qadın rekord vurdu – FOTO

Nepallı alpinist qadın Pxundjo Djxanqmu Lama Everest zirvəsini fəth edən ən sürətli qadın olaraq dünya rekordu vurub.

Bu məqsədə çatmaq üçün ona 14 saat 31 dəqiqə lazım olub. Alpinist mayın 22-də saat 15:52-də zirvəyə qalxmağa başlayıb və ertəsi gün saat 06:23-də zirvəyə çatıb.

“Mən zirvəyə qalxmağımı qadınların hüquq və səlahiyyətlərinin artırılmasına, dağ ətraf mühitinin qorunmasına və bütün dünyada sülhə həsr etmək istəyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, bu, Pxundjo Djxanqmu Lamanın Everestin zirvəsinə qalxmaq üçün ilk cəhdi deyil. 2018-ci ildə o, Everesti 39 saat 6 dəqiqəyə fəth edib.

Kişilər arasında Everestə ən sürətli qalxma rekordu isə Nepaldan olan Pemba Dordjeyə məxsusdur. O, 2004-cü ildə dünyanın ən yüksək zirvəsini 8 saat 10 dəqiqəyə fəth edib.

Mənbə: “The Himalayan Times”

Related posts

“YouTube”da yeni funksiyalar: Süni intellekti işə saldı

“Huawei” ABŞ sanksiyalarını ətlə “yarmağın” yolunu tapdı

İtaliya parlamentində kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırıldı – VİDEO