Eskalator dörd yaşlı qızın barmaqlarını qopardı (Video izlə)

Moskva yaxınlığındakı “Şokolad” ticarət mərkəzində eskalator dörd yaşlı qızın barmaqlarını qoparıb.

O, valideynlərindən qabağa qaçıb və eskalatorun üzərində olarkən büdrəyib. Uşağın sol əlinin barmaqları hərəkət edən pillələrin arasında qalıb.

Valideynlər azyaşlını xilas edə bilsələr də, onun zədəsi ciddi olub. Belə ki, həkimlər qızın üç barmağını amputasiya etməli olublar.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi