Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir

Ermənistanın baş naziri Nikol Paşinyan “Daily Telegraph”a müsahibəsində ölkəsinin NATO-ya daxil olması barədə heç bir marağı olmadığından bu məsələnin müzakirə edilmədiyi, amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü barədə bir daha düşünəcəyini deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Paşinyan daha sonra deyib: Ermənistan Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırmaq fikrində deyil. Biz yalnız Aİ, Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə əlaqələri inkişaf etdirmək üzərində işləyirik və onlarla müzakirələr aparırıq.

Xatırladaq ki, Nikol Paşinyan 2022-ci ildə CNN-ə müsahibəsində Ukrayna müharibəsinə görə Rusiyanın yanında olmadığını da vurğulamışdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib