Ermənistan vətəndaşı Moskvada hava limanında saxlanıldı – FOTO

32 yaşlı Ermənistan vətəndaşı Vnukovo hava limanında saxlanılıb.

Məlumata görə, o, doqquz milyon rubl (158438 AZN)  dəyərində təxminən iki kiloqram ağırlığında qızıl zənciri boynunda ölkədən çıxarmağa çalışıb.

Rusiya Federal Gömrük Xidmətinin əməkdaşlarının diqqətini o, “yaşıl dəhliz”də (oradan heç nə bəyan etməyə ehtiyacı olmayanlar keçir) çəkib. Türkiyəyə səfər edəcək şəxs havaya uyğun geyinməyib və çox narahat görünürmüş.

Əməkdaşlar ona yaxınlaşıb sual verincə, özünü saxlaya bilməyib və zinət əşyasını atıb. Üstəlik, bunun cəmi 50 min rubla başa gəldiyini və ümumiyyətlə, onun üçün adi bir şey olduğunu vurğulayıb.

Aparılan araşdırma nəticəsində zərgərlik məhsulunun 99,9% qızıldan ibarət və təxminən doqquz milyon rubl (158438.70 AZN) dəyərində olduğu aşkarlanıb.

Qeyd edək ki, qızıl zəncir müsadirə edilib. Ermənistan vətəndaşını qaçaqmalçılığa görə yeddi il cəza gözləyir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi