Ermənistan parlamentində dava düşdü (Video izlə)

Ermənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava düşüb.

Hadisə müxalif “Hayastan” fraksiyasından olan deputat Artur Sarkisyanın çıxışından sonra baş verib.

Onun çıxışı iqtidaryönlü deputatların etirazı ilə qarşılanıb.

Nəticədə Artur Sarkisyanla hakim partiyadan olan deputat Ovik Aqazaryan arasında mübahisə yaranıb.

Parlamentin Təhlükəsizlik Xidmətinin işçiləri hər iki deputatı iclasın keçirildiyi zaldan çıxarıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi