Ermənistan 17 hərbçisinin azadlığına görə Amerikaya təşəkkür edib

QafqazTimes xəbər verir ki, Azərbaycan və Ermənistan Respublikaları arasında gərginliyə son qoymaq üçün regional və regiondankənar addımlar kontekstində Bakı Vaşinqtonun vasitəçiliyi ilə əsir götürdüyü 17 erməni əsgərini İrəvana təhvil verib.

Ermənistanın baş naziri Nikol Paşinyan öz Twitter səhifəsində 17 erməni əsgərinin azad edilməsində vasitəçilik etdiyinə görə Amerikaya təşəkkürünü bildirib.

Paşinyan yazıb: “Mən ABŞ-ın 17 hərbi əsirimizi geri qaytarmaq üçün göstərdiyi səylərini çox yüksək qiymətləndirirəm. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımızla birgə səylərlə humanitar məsələlərin həllində və regionda sülhün bərqərar olunmasında daha çox irəliləyiş əldə edəcəyik.”

Fransa xəbər agentliyi Ermənistan və Azərbaycan arasında gərginlik mövzusunda bu yeni hadisə ilə bağlı xəbər dərc edərək, iki tərəfin xarici işlər nazirlərinin Brüsseldə bu yaxınlarda keçirilmiş görüşünə və Avropa İttifaqının Ermənistan və Azərbaycan Respublikası liderlərinin görüşünə ev sahibliyi etməsinə istinad edərək, bunu İrəvanla Bakı arasında sülh danışıqlarında “Qərbin iştirakının və qarşılıqlı fəaliyyətinin” artmasının əlaməti kimi qiymətləndirilib.

Bu qərb mediasının xəbərində həmçinin deyilir: “Bu addımlar Qərbin ciddi problemlər içərisində olan Qafqaz regionunda artan fəallığını göstərir. Bu isə regionda onilliklər boyu hökmranlıq edən Rusiyanın Ukraynadakı müharibə səbəbindən regiondan diqqətinin yayınması səbəbilə baş verir.”

Fransa xəbər agentliyi əlavə edib: “Latın Amerikasına səfər edən ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı (dünən) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə üçtərəfli telefon danışığı aparıb.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya