Ermənilər Laçından belə çıxır – YANDIRIRLAR (Video izlə)

Laçın və Zabuxda qanunsuz məskunlaşan ermənilər köçməyə hazırlaşırlar.

Livan və Suriyadan köçmüş ermənilər işğal altında olan Laçın rayonunda qanunsuz olaraq məskunlaşıb. 2020-ci il noyabr sazişinə görə onlar ərazilərimizdən çıxarılmalı olsalar da, erməni tərəfi bu prosesi ləngidirdi.

Azərbaycan tərəfinin hazırki tələbi ilə ermənilər avqustun 25-dək torpaqlarımızı boşaltmalı və Laçın və Zabux əsl sahiblərinə qaytarılmalıdır.

Tələbi yerinə yetirməkdən başqa çarəsi qalmayan separatçı rejim Laçından çıxacaq ermənilərə “mənəvi kompensasiya” kimi evləri yandırmağı tövsiyə edib.

Köçlərini yığmağa başlayan bədnam qonşularımız apara bildiklərini yığır, qalanlarını isə adəti üzrə yandırırlar.

Zabuxdan bu gün çəkilən görüntüləri təqdim edirik:

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO