Ermənilər Azərbaycanın Beyrut səfirliyinə hücum etmək istəyib

Ermənilər Qarabağdan 75 min erməninin təxliyyə edilməsinə etiraz olaraq Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Livanda yaşayan min nəfərədək erməni dünən axşam (28 sentyabr) Azərbaycanın Beyrut səfirliyi binasında təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.

Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə də hücumlar ediblər.

Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edib.

Azərbaycan XİN-i bu hadisələrə reaksiya bəyanatında deyib: Nikol Paşinyan ermənilərin Qarabağı boşaltmasının onların öz istəkləri ilə olduğunu yaxşı bilir və bunun məcburi köçkünlüklə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, son zamanlarda ermənilər müxtəlif ölkələrdə Azərbaycanın Qarabağdakı tam hüququna etiraz üçün səfirliklərə hücumu çıxış yolu hesab edir.

Related posts

Qüds şərəf və müqavimətin rəmzidir

Qüds şərəf və müqavimətin rəmzidir

Həmas Mahmud Abbas üçün yeni müavin təyin edilməsinə reaksiya verib

Həmas Mahmud Abbas üçün yeni müavin təyin edilməsinə reaksiya verib

Putinin İnqilab Rəhbərinə başsağlığı mesajı