Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sionist rejimin bu gün səhər İran ərazisinə həyata keçirdiyi hücumlarla bağlı bəyanat verib:
◾ “İsrailin, xüsusilə Qəzzə olmaqla, bölgəmizi qan, göz yaşı və sabitsizliyə qərq etmək strategiyası bu səhər çox təhlükəli bir səviyyəyə çatdı.”
◾ “İran kimi qonşumuza qarşı həyata keçirilən bu hücumlar beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik və açıq təxribatdır.”
◾ “Bu hücumlar, İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzədəki qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxtda baş verir və sionist rejimin qaydalara məhəl qoymayan düşüncəsini ortaya qoyur.”
◾ “Netanyahu administrasiyası məsuliyyətsiz, təcavüzkar və qeyri-qanuni hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.”