Məhdəviyyət sektoru tədqiqatçısı Ərbəin mərasimini büynəlxalq aləmdə qloballaşmasının İmam Zamanın (əc) zühurunun tezləşməsi üçün bir vasitə olduğunu deyib.
İRNA-nın məlumatına əsasən, İslam Maarifi radiosunun qonağı olan höccətül islam Məhəmməd Şücai deyib: beynəlxalq Ərbəin yürüşü İmam Zamanın (əc) zühurunu tezləşdirmək olar.
Məhəmməd Şücai vurğulayıb: Ərbəin yürüşünün bu qədər geniş formada yayılması və hər il izdihamın artması şiə-sünnü konfliktini böyütmək istəyənlərin gözünə bir ox batırıb. Çünki bu mərasimdə məzhəbindən və dinindən asılı olmayaraq milyonlarla insan iştirak edir, mənəviyyat çeşməsindən faydalanırlar.
Sünnə əhli nümayəndələrinin Ərbəin yürüşündə çadırlar qurub İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərməsini zühurun əlamətlərindən hesab etmək olar və bu məsələ İmam Zamanın (əc) zühurunun yaxınlaşması üçün bir növ sürət mənbəyidir.