İranın Yəzd şəhərində Ərbəin mərasiminə getmək istəyi olsa da müəyyən səbəblərə görə bu mərasimə yetişməyən bir neçə nəfər yol xərclərini bir yerə toplayıb həbsdə olan 3 ananı azad ediblər.
İRNA-nın bugünkü (26 avqust) məlumatına əsasən, Yəzd şəhərində Kərbəlaya Ərbəin mərasimi üçün getmək istəyən bir neçə nəfər yox xərclərini bir yerə toplayaraq iradəsiz cinayət maddəsi ilə həbsdə olan 3 nəfər qadının borcunu ödəməklə onların azadlığına səbəb olublar.
Bu xeyriyyəçilər müəyyən səbəblər üzündən Ərbəin yürüşünə gedə bilmədikləri, amma bu vəsaitin ehtiyacı olan insanlar üçün xərclənməsini istədiyi üçün iradəsiz və bilməyərəkdən cinayət səbəbinə həbsdə olan 3 ananı azad etməyi üstün tutublar.
Adlarının çəkilməsini istəməyən bu xeyriyyəçilər deyib: Biz hər il ailəmizlə birlikdə Ərbəin yürüşünə və İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya gedirdik. Amma bu il xəstəlik və digər səbəbdən bu ziyarət bizə nəsib olmadı. Elə bu səbəbdən də hər il yox və digər xərclərimizin məbləğində xeyir iş görüb, qəsdən olmayan bir cinayət törətmiş 3 ananın zindandan azad olmasını istədik.