Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi sionist rejimin Fələstin, Qəzzə və İordan çayı qərb sahilindəki xalqı əleyhinə cinayətlərini pisləyərək Fələstin xalqının hüquqlarının bərpa olunacağı zamana qədər bu rejimlə sülh danışıqlarından heç bir xəbər olmayacağını vurğulayıb.
Qafqaztimesin xarici medialara əsasən, verdiyi məlumata əsasən, Ərəbistan XİN-i bu gün (25 mart) elan edib: Sionist hakimiyyətin fələstinlilərin Qəzza zolağından köçürülməsi və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaların təsdiqlənməsi məqsədi ilə agentlik yaradılması ilə bağlı bəyanatlarını kəskin şəkildə pisləyirik. Səudiyyə Ərəbistanı beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olan İsrailin davam edən bu təcavüzlərini qətiyyətlə rədd edir və bu cür hərəkətlərin ədalətli və davamlı sülhə nail olmaq üçün beynəlxalq səylərə birbaşa zərbə vurduğunu vurğulayır.