Həmas rəsmisinin hərəkatın silahı yerə qoymamaq şərti ilə Qəzza zolağına nəzarətdən imtina etməyə hazır olduğu barədə açıqlamalarından sonra bəzi ərəb analitikləri bu ideyanın həyata keçirilməsinin mümkünlüyünü və uğur səviyyəsini araşdırmağa başlayıblar.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Həmas rəsmisi Basim Naim bu yaxınlarda ABC News-a deyib: Keçmişdə olduğu kimi bu gün də Qəzza zolağının idarəsini tərk etməyə və onu Qəzza zolağına rəhbərlik etməyə hazır olan bir qurum, hökumət və ya komitəyə təhvil verməyə hazırıq.
Digər Həmas rəsmiləri də hərəkatın fələstinli qrupların razılaşmasına qədər Qəzza zolağı üzərindəki hakimiyyətini davam etdirmək niyyətində olduqlarını vurğulayıblar. Bu bəyanatlar belə bir fikrin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı suallar doğurub.
Bu çərçivədə fələstinli yazıçı və araşdırmaçı Sari Ərəbi deyib: Həmasın Qəzza zolağının idarəetməsini təhvil vermək istəyi yeni deyil. Çünki hərəkat 7 oktyabr 2023-cü il əməliyyatından əvvəl bu istiqamətdə ciddi addımlar atmışdı.