Ənsarullah sionist rejimin Suriya torpaqlarına təcavüzünü qınadı

https://qafqaztimes.com/iraq-suriya-hadis%c9%99l%c9%99rin%c9%99-laqeyd-qala-bilm%c9%99rik/

Yəmən Ənsarullah Hərəkatı bəyanat yayaraq sionist rejimin Suriya hadisələrindən sui-istifadə edərək bu ölkənin torpaqlarına hücumlarını pisləyib.

İRNA-nın məlumatına əsasən, Ənsarullah siyasi bürosunun ofisinin yaydığı bəyanatda deyilir: Biz işğalçı rejimin Suriyaya hücumlarından narahatıq və sionist rejimin Qəntəriyyə və Cəbəlüş Şeyx kəndlərinə hücumunu sərt pisləyirik. Çünki onların bu hücumu Dəməşqlə nəticəllənə biləcəyindən nigaranıq.

Bəyanatda həmçinin deyilir: Sionist rejimin Suriyaya bu hücumları açıq-aşkar bir ölkənin suverenliyinə təcavüzdür. Bu hücumlarda məqsəd bir ölkənin gərgin vəziyyətindən faydalanmaqdır. Biz verdiyimiz sözün üstündə dayanmışıq. Biz sionist düşmən hücumları qarşısında Suriyanın ərazi bütövlüyü və xalqına olan dəstəyimizə davam edəcəyik.

Related posts

Colani: Artıq Suriyada müharibə olmayacaq

ABŞ: Bəşar Əsədin süqutundan sonra da Suriyanı tərk etməyəcəyik

Ağ Ev Suriyaya hücumlarda sionist rejimlə əlbirdir