Ənsarullah: Qəzzə xalqına dəstəyimizi dayandırmayacağıq

Ənsarullah: Qəzzə xalqına dəstəyimizi dayandırmayacağıq

Yəmən Ənsarullah Hərəkatının İnformasiya Təşkilatı sərdinin müavini heç bir vəchlə Qəzzə xalqına dəstəklərini dayandırmayacaqlarını vurğulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Nəsrəddin Amir bu gün (27 aprel) deyib: Yəmən silahlı qüvvələrinin Qəzzə zolağına yardımlarının qarşısını heç bir qüdrət ala bilməz və Amerika bu xüsusda uduzdu və hələ uduzacaq da.

Nəsrəddin Amir əlavə edib: Bizim ilk başdan dediklərimizi amerkalılar yavaş-yavaş məğlub olduqlarını etiraf etməyə başlayıb.

Yəmən Səbəə İnformasiya Agentliyinin başçısı əlavə edib: Yəmənin hərbi gücü təkcə ABŞ hücumları qarşısında deyil, əslində bütün potensiallar, taktikalar və müxtəlif sektorlar əleyhinə inkişaf edib.

Amir həmçinin ABŞ-ın daxili muzdurlarla Yəməndə parçalanma planlarına güvənmə ehtimalı barədə deyib: Belə olarsa belə, biz bütün ehtimallara hazırıq və bu xüsusda da nigarançılığımız yoxdur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib