Ənsarullah lideri: FÖT işğalçı rejimin şərikidir

Ənsarullah lideri: FÖT işğalçı rejimin şərikidir

Yəmən Ənsarullah Hərəkatının lideri Fələstin Özünüidarə Təşkilatının sionist rejimlə əlbir olduğunu vurğulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən,  Əbdülməlik Əl Husi bu gün (9 yanvar) deyib: Fələstin Muxtariyyətinin repressiv aparatı sionist işğalçıların təcavüzkar davranışlarını izləyir və xalqa verilən əzablara şərikdir.

Əl Husi əlavə edib: İordan çayı qərb sahilində FÖT qüvvələrinin fələstinlilərə qarşı rəftarları çox təəssüf doğurur. Halbuki bu təşkilat öz xalqına xidmət etməlidir.

Ənsarullah lideri həmçinin sionist düşmənin Qəzzə zolağının mühasirəsi mərhələsindən humanitar yardımı oğurlamaq və talamaq mərhələsinə keçdiyini qeyd edərək vurğulayıb: Qəzzədə sionist düşmənin soyqırım cinayətləri davam edir və dörd mindən çox qətl törədilib ki, onlardan 30-u bu həftə baş verib. Cinayətkar Bayden Ağ Evdəki administrasiyasının son günlərində uşaq və qadınların qətli üçün sionist düşmənə bomba, güllə və sursat satışı ilə bağlı sövdələşmə ilə sağollaşmaq qərarına gəlib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib